“Qarabağ”da ciddi itki

“Qarabağ” Avropa Liqasının əsas mərhələsinin 6-cı turunun “Elfsborq”a qarşı keçirəcəyi oyun üçün Boras şəhərinə yollanıb.

Komanda.az xəbər verir ki, məşq zamanı zədələnən Bəhlul Mustafazadə komanda ilə İsveçə getməyib.

Müdafiəçi təxminən bir aya yaxın oynamayacaq.

Ağdam təmsilçisində bundan əvvəl Aleksey İsayev və Kevin Medina da sıradan çıxmışdı.

“Elfsborq” – “Qarabağ” görüşü dekabrın 12-də “Boras Arena” stadionunda keçiriləcək və oyuna saat 00:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button