ÇL: “Qasperininin gördüyü iş məni heyran edir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İtaliya klubu ilə oyun öncəsi “Atalanta”nın çalışdırıcısı Can Pyero Qasperini haqda danışıb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Qasperininin komandanı yaxşı idarə etdiyini bildirib:

“Biz “Yuventus”da tanış olduq və əla dostuq. O, komandanı yaxşı idarə edir, hər il “Atalanta”da çoxlu dəyişikliklər olur, lakin Qasperini həmişə əlində olan resurslardan necə istifadə edəcəyini bilir. Onun gördüyü iş məni heyran edir”.

“Atalanta” – “Real” qarşılaşması bu gün keçiriləcək. Matçın start fiti saat 00:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button