“Mançester Yunayted” Lukakunu cəzalandırdı

“Mançester Yunayted” klubu futbolçusu Romelu Lukakunu cəzalandırıb.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi belçikalı futbolçuya icazəsiz məşq bazasını tərk etdiyi və “Anderlext” klubunun forması ilə görüntüləndiyi üçün cəza verib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Mançester Yunayted” Lukakuya bu davranışlarına görə 400 min funt-sterlinq pul cəzası verib.

“Mançester Yunayted”dən ayrılacağı gözlənilən hücumçu ilə “İnter” və “Yuventus” yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button