“O, özünü bir daha sübut edəcək” – Ukraynalı futbolçunun agenti

“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik hazırkı komandasında oynamağa davam edəcək.

Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, bu barədə ukraynalı futbolçunun maraqlarını təmsil edən agenti Vadim Şabliy danışıb.

O, Mudrikin böyük istedada malik futbolçu olduğunu bildirib:

“Mudrik böyük istedada malik futbolçudur. Onun üçün oyundan həzz almaq vacibdir. Əminəm ki, o, özünü bir daha sübut edəcək. Mixail kimi oyunçular transfer bazarında həmişə diqqət çəkəcək. Amma indi onun “Çelsi” ilə müqaviləsi var və bütün fikirləri bu klubla bağlıdır”.

Müdrik Premyer Liqanın cari mövsümündə 7 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button