“Hakim qərarsızlığı oyunumuza yaxşı təsir göstərmədi” – “Kəpəz”in baş məşqçisi
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunda “Zirə” ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 0:4 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov hakim qərarsızlığının onların oyununa yaxşı təsir göstərmədiyini bildirib:
“Mənə elə gəlir ki, azı bir-iki qol vurmalı idik. Təhlükəli epizodlar yaratdıq. Hakim qərarsızlığı oyunumuza yaxşı təsir göstərmədi. Üzücü oyun oldu. Matça yaxşı hazırlaşmışdıq. “Zirə”ni təbrik edirəm.
Zəif komandalara qarşı qərar qəbul ediləndə düz olur, amma büdcəsi yaxşı olan komandalara qarşı daha diqqətli davranılır. Bu haqda çox danışmaq istəmirəm.
Önəmli olan futbolçuların anlaşmasıdır. Lassana öndə, arxa xətdə isə Orxan Əliyev olsun istəyirik.
Gücləndirməli olduğumuz mövqelər var. Bu haqda danışmaq üçün hələ tezdir. Qarşıdakı iki oyun çox vacibdir.
“Kəpəz” Azərdən, Azaddan ibarət deyil, biz bir komandayıq. Daha çox işləməli və daha yüksək pillələrdə qərarlaşmağa çalışmalıyıq. O başqa məsələ ki, məqsədimiz Premyer Liqada qalmaqdır”.
“Kəpəz” növbəti turda “Neftçi”nin qonağı olacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin