İbrahimoviç: “Almaniya millisinə heyranam”

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç Almaniya çempionatı və xüsusən də, “Bayern” haqda danışıb.

Komanda.az “Sports Illustrated”-ə istinadən xəbər verir ki, isveçli keçmiş futbolçu, Almaniyada futbolun inanılmaz olduğunu bildirib:

“Almaniyada futbol inanılmazdır. Bu ölkədə stadionları bəyənirəm, çünki onlar həmişə dolu olur.

Bu klubun tarixini və futbolçuların səviyyəsini nəzərə alsaq, “Bayern”də oynamaq yaxşı olardı. Bu, mənə görə dünyanın ən böyük klublarından biridir. Buradakı futbola və Almaniya millisinə heyranam, ancaq onların məni almağa imkanı yox idi. Zarafat bir yana, Almaniyadan mənə heç vaxt təklif olmayıb. Əla olardı, amma taleyin başqa planları var imiş”.

İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, “Mançester Yunayted”, PSJ kimi klublarda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button