“Mən buraya hər matçda qalib olmaq üçün gəlmişəm”
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo cari mövsümlə bağlı gözləntilərini bölüşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu mövsümə çox yaxşı başladıqlarını bildirib:
“Əlbəttə, bu mövsümdən çox şey gözləmək olar. Biz mövsümə çox yaxşı başladıq, komandamız bütün mümkün kuboklar uğrunda mübarizə aparmağa qadirdir. Mən buraya bunun üçün, hər matçda qalib olmaq üçün gəlmişəm”.
26 yaşlı yarımmüdafiəçi “Barselona”ya 55 milyon avroya “Leyptsiq”dən keçib. O, cari mövsümdə kataloniyalıların heyətində bütün turnirlərdə 11 oyun keçirib və 6 qol vurub. Onun “Barselona” ilə hazırkı müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin