İddia: “Barselona” almaniyalı müdafiəçi ilə anlaşıb
“Barselona” 2025-ci ildə ilk transferinə qərar verib.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, bu transfer Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Ta olacaq.
Kataloniya klubunun rəhbərliyi artıq almaniyalı futbolçu və onun ətrafı ilə şəxsi şərtləri razılaşdırıb. Onun yayda azad agent kimi “Barselona”ya keçəcəyi gözlənilir.
28 yaşlı oyunçu “Bayer”in müdafiəsinin lideridir. O, cari mövsümdə Leverkuzen klubunda 21 oyun keçirib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin