Ərəblər “Çelsi”nin hücumçusu üçün 60 milyon avro ödəməyə hazırdır

“Çelsi”nin hücumçusu Kristofer Nkunku komandasını dəyişə bilər.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının bir neçə klubu fransalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Ərəblər London klubuna Nkunku üçün 60 milyon avro ödəməyə hazırdırlar.

27 yaşlı forvard hələ də “Çelsi”də əsas heyətə düşə bilmir, zədələr buna böyük təsir göstərir. O, cari mövsümdə London klubunun bütün oyunlarında 20 matçda iştirak edib, 11 qol vurub və 1 məhsuldar ötürmə verib.

Nkunkunun “Çelsi” ilə hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button