“Real” Ukrayna millisinin oyunçusu ilə maraqlanır
Ukrayna millisinin və “Bornmut”un müdafiəçisi İlya Zabarnı komandasını dəyişə bilər.
Komanda.az “El Gol Digital”-a istinadən xəbər verir ki, ukraynalı futbolçunu “Real” ala bilər.
“Kral klubu”nun prezidenti Florentino Peres Zabarnı ilə müqavilə imzalamaqda maraqlıdır. “Bornmut” müdafiəçisi üçün 60 milyon avro təklif etsələr, onunla yollarını ayırmağa hazırdır.
“Real”ın iki mərkəz müdafiəçisi – Eder Militao və David Alaba sıradan çıxıb.
22 yaşlı Zabarnı cari mövsümdə 13 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin