“Bolonya”nın futbolçusunun 4 “elçi”si var
“Bolonya”nın mərkəz müdafiəçisi Sem Beukema Avropanın top-klublarının hədəfinə çevrilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu ilə “Real”, “Atletiko”, “Yuventus” və “İnter” maraqlanır. Dörd klubun hər biri yay transfer pəncərəsində müdafiəçi ilə müqavilə imzalamağı düşünür.
Beukema bu mövsüm “Bolonya”nın heyətində 18 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Tərəflər arasında hazırkı müqavilə 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin