“İndi “Mançester Yunayted”in potensialının olduğu aydın görünür”
“Liverpul”un və “Real”ın sabiq hücumçusu Maykl Ouen UEFA Avropa Liqasının “Mançester Yunayted” – “Bodo Qlimt” matçının nəticəsini (3:2) şərh edib.
Komanda.az xəbər verir ki, ingiltərəli keçmiş futbolçu sosial şəbəkə hesabındakı paylaşımında “Mançester Yunayted”i yenidən izləməyin əyləncəli olduğunu bildirib:
“11 ildən çox vaxt keçib. “Mançester Yunayted”i yenidən izləmək əyləncəlidir. Təkmilləşməsi lazım olan mövqelər var. İndi bu komandanın potensialının olduğu aydın görünür”.
“Qırmızı şeytanlar”ın baş məşqçi postunu bir müddət əvvəl portuqaliyalı mütəxəssis Ruben Amorim tutub. Onun komandası Premyer Liqanın 12 turundan sonra 16 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin