Konfrans Liqası: “Başakşəhər” qələbəni son anda əldən verdi

UEFA Konfrans Liqasının Liqa mərhələsində 4-cü tura start verilib.

Komanda.az xəbər verir ki, günün yeganə matçı Türkiyənin İstanbul şəhərində keçirilib.

“Başakşəhər” doğma meydanda Moldova təmsilçisi “Petrokub”la 1:1 hesablı heç-heçəyə razılaşıb.

Hesabı 42-ci dəqiqədə penalti zərbəsindən Kşiştof Pyontek açıb. Qonaqlar məğlubiyyətdən 90+6-cı dəqiqədə qaça biliblər. Lon Borş dəqiq zərbə müəllifi olub.


Əvvəlki üç matçda bir heç-heçə edən İstanbul klubunun xallarının sayı 2-yə çatıb. “Petrokub” isə ilk xalını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button