“Arsenal”ın futbolçusu “Bordo”ya keçir
İngiltərənin “Arsenal” klubunun futbolçusu Loran Koselni karyerasını Fransada davam etdirməyə yaxındır.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular”ın baş məşqçisi Unay Emerinin planlarına daxil olmayan 33 yaşlı futbolçu, Liqa 1 təmsilçisi “Bordo”ya transfer olunmağa hazırlaşır. Fransa klubunun futbolçu üçün “Arsenal”la razılıq əldə etdiyi və Koselninin tezliklə tibbi müayinədən keçiriləcəyi bildirilir.
2010-cu ildən London təmsilçisinin şərəfini qoruyan fransalı futbolçunun klubla müqaviləsi 2020-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin