Azərbaycanlı həkim Beynəlxalq Voleybol Federasiyasının Tibb Komissiyasının üzvü seçilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasına üzv seçilib.

Bu barədə Komanda.az-a AVF-nin mətbuat xidmətindən məlumat verilib.

Bu, FIVB-nin İdarə heyətinin ilk iclasında baş verib. Toplantıda FIVB komissiyalarının 2024-2028-ci illər üzrə tərkibi müəyyənləşib.

Kazımova həmçinin, Avropa Voleybol Konfederasiyasının da Tibb Komissiyasının üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button