Nistelroy Almaniya klubunun baş məşqçisi ola bilər
Bir müddət əvvəl “Mançester Yunayted”i müvəqqəti çalışdıran Rud van Nistelroy Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Hamburq” klubunun baş məşqçi postuna namizəddir.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Germany” nəşri məlumat yayıb.
“Hamburq”un baş məşqçi postuna digər namizədlər “Paderborn”dan Lukas Kvasnik, son olaraq “Darmştadt”da çalışmış Torsten Liberknext və David Vaqnerdir.
Van Nistelroy futbolçu karyerası ərzində “Hamburq”da çıxış edib. Keçmiş hücumçu Almaniya klubunun heyətində 44 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə verib.
Van Nistelroy “Mançester Yunayted”ə keçən yay baş məşqçi köməkçisi kimi qoşulmuşdu. 48 yaşlı mütəxəssis Erik ten Haq qovulandan sonra “qırmızı şeytanlar”ın müvəqqəti baş məşqçisi vəzifəsini icra edib.
Bizi Facebook-da izləyin