Almaniyalı futbolçu “Sabah”da 40-cı qolunu vurub
Almaniyalı futbolçu Coy-Lens Mikels “Sabah”ın heyətində 40-cı qolunu vurub.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı oyunçunun yubileyi Premyer Liqanın 14-cü turunun “Turan Tovuz”la görüşünə (1:1) təsadüf edib.
O, komandasının bərabərlik qolunun müəllifi olub.
Mikels Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb.
Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin