“Roma” “Xüsusi”dən normala keçdi”
“Roma”nın baş məşqçisi Klaudio Ranyerinin agenti Pietro Çiodi Roma klubu ilə apardıqları danışıqlar barədə fikirlərini bölüşüb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssisin agenti “Roma” rəsmiləri ilə saatlarla danışdıqlarını bildirib:
“Saatlarla danışdıq, Klaudio öz fikrini izah etdi. “Roma” “Xüsusi”dən (“Special One” – romalıların keçmiş baş məşqçisi Joze Mourinyo) normala keçdi. Bizdə aydın hiss olunurdu ki, klub sahibləri “Roma” üçün əla bir şey etmək istəyirlər.
Ranyeri ilə prezident arasında dərhal böyük səmimiyyət yarandı. Hər kəs danışıqlar masasını xoşbəxt tərk edəndə, mən agent kimi məqsədimə çatdım. Dan Fridkinin uşaqları ilə münasibəti məni çox heyran etdi, o, daim onların müxtəlif mövzularda fikirlərini soruşurdu və hamı Klaudioya çox hörmətlə yanaşırdı”.
Ranyeri paytaxt klubunda baş məşqçi postuna bu ay dəvət olunub.
Bizi Facebook-da izləyin