“Vücudumun buna tab gətirə biləcəyini bilmirəm” – Rodri

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes zədəsini sağaltmasından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu vəziyyətə müsbət tərəfdən baxmağa çalışdığını bildirib:

“Mən bu vəziyyətə müsbət tərəfdən baxmağa çalışıram. Bu mənə dincəlməyə və güc qazanmağa imkan verəcək. Uzun illər çox intensiv oynamışam. Sonda bilmirəm, cari mövsüm bu qədər stressdən sonra mənim üçün belə oldu. Vücudumun buna tab gətirə biləcəyini bilmirəm. Mən hər şeyi olduğu kimi qəbul etməyə, nikbin olmağa və daha yaxşı vəziyyətdə qayıtmaq üçün mümkün olan hər şeyi etməyə çalışıram. Bu, mənim məqsədimdir”.

Rodri sentyabrın sonunda çarpaz bağ zədəsi ilə sıradan çıxıb. Onun geri dönüşü gələn ilin yayına planlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button