“Mançester Siti”nin 4 futbolçusu zədədən qayıdıb

“Mançester Siti”nin düşərgəsində yaxşı xəbər var.

Komanda.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın 12-ci turunda “Tottenhem”lə oyun öncəsi 4 futbolçu məşqlərə qayıdıb.

Yarımmüdafiəçilər Kevin De Bruyne və Cek Qriliş, eləcə də, müdafiəçilər Con Stouns və Manuel Akanji ümumi qrupa qoşulublar.

“Mançester Siti” – “Tottenhem” matçı noyabrın 23-də keçiriləcək.

“Şəhərlilər” Premyer Liqanın 11 turundan sonra 23 xalla turnir cədvəlinin 2-ci, londonlular isə (16) 10-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button