“Danışıqlar çox yaxşı gedir” – “Bayern”in futbolçusu
“Bayern”in vingeri Leroy Sane klubdakı gələcəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu özünü Münhendə rahat hiss etdiyini bildirib:
“Biz danışıqlar aparırıq, özümü Münhendə həqiqətən rahat hiss edirəm. Danışıqlar çox yaxşı gedir. Hazırda diqqətimi yalnız indiki kıubuma yönəltmişəm”.
28 yaşlı yarımmüdafiəçinin “Bayern”lə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. O, cari mövsümdə bütün yarışlarda iştirak etdiyi 11 matçda 386 dəqiqə meydanda olub və 3 qol vurub. Sane hazırda komandanın əsas oyunçusu sayılmır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin