Qalmaqal: Rebrov rus dilində danışmaqdan imtina etdi

Noyabrın 19-da Albaniya və Ukrayna milli komandaları UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda üz-üzə gələcək.

Oyundan əvvəl Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun mətbuat konfransı keçirilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbirin əvvəlində Rebrov Ukrayna dilində danışmağa başlayıb, lakin tərcüməçi onun sözlərini albancaya tərcümə edə bilməyib. Çünki tərcüməçi yalnız rus dilindən albancaya tərcümə etməyə hazırlaşıb, Ukrayna dilini isə bilməyib. Tərcüməçi Rebrovdan sözlərini rus dilində deməsini xahiş edib, lakin qarşı tərəf buna razılaşmayıb. Bundan sonra Rebrov ingilis dilində danışmağa davam edib.

Albaniya milli komandasının rəsmiləri bildiriblər ki, onlar rus və Ukrayna dillərinin oxşar olduğunu düşündükləri üçün bu tərcüməçini götürüblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button