Levandovski karyerası ilə bağlı qərar verib
“Barselona”nın hücumçusu Robert Levandovski gələcək planları ilə bağlı qərar verib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu hazırkı klubunda hər şeydən razıdır. O, peşəkar karyerasının sonuna kimi “Barselona”da qalmağı planlaşdırır.
Polşalı forvard 2022-ci ilin yayından “Barsa”da çıxış edir. Onun kataloniyalılarla müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.
Levandovski cari İspaniya çempionatında 13 oyun keçirib, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin