“Vest Hem” Paketaya görə əl-ayağa düşüb

“Vest Hem” yarımmüdafiəçisi Lukas Paketanı əvəzləmək variantlarını araşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu mərc oynadığı üçün İngiltərədə ömürlük qadağa ilə üzləşə bilər. Klub yarımmüdafiəçini itirməkdən qorxur, ona görə də, əvəzedici oyunçu axtarır.

“Mançester Siti”nin futbolçusu Ceyms Makati potensial namizədlərdən biridir. “Şəhərlilər” 22 yaşlı futbolçu üçün ən azı 20 milyon funt-sterlinq (24 milyon avro) istəyəcək.

Makati bu mövsüm Pep Qvardiolanın komandasında 6 oyunda iştirak edib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button