MY “Çelsi”nin müdafiəçisini “qaralayıb”

“Mançester Yunayted” qış transfer pəncərəsində müdafiənin sol cinahını gücləndirmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mançester klubunun qısa siyahısına “Çelsi”dən Ben Çiluell və “Benfika”dan Alvaro Fernandes başçılıq edir. Futbolçulardan biri yanvar ayında Ruben Amorimin komandasının sıralarına qoşula bilər.

Çiluell bu mövsüm “Çelsi”nin heyətində cəmi bir oyun keçirib. Fernandes isə 2024-cü ilin yayına qədər “Mançester Yunayted”də çıxış edib. İngilislər 21 yaşlı oyunçunu cəmi 6 milyon avroya “Benfika”ya satsalar da, müqaviləyə sərfəli qiymətə geri almaq üçün prioritet hüququ daxil ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button