Məsiyev UEFA Millətlər Liqasının oyununa təyinat alıb

FİFA referisi Elçin Məsiyev UEFA Millətlər Liqası matçına təyinat alıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məsiyev 6-cı turda, C Liqasının 3-cü qrupunda keçiriləcək Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Endryu Medli olacaq.

Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək oyun saat 23:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button