“Biz əla oyun keçirdik” – Millinin hücumçusu

Argentina millisinin hücumçusu Lautaro Martines DÇ-2026-nın seçmə mərhələsində Paraqvaya uduzduqları oyunu (1:2) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu oyunu əla keçirdiklərini hesab edir:

“Hesab edirəm ki, biz əla oyun keçirdik, topa nəzarət edə bildik. Paraqvay iki səhvimizdən sonra qollarını vurdu. Biz vacib hissələrdə daha yaxşı oynamalıyıq”.

Martinesin 11-ci dəqiqədə vurduğu qol Lionel Skaloninin komandasına məğlubiyyətdən qaçmağa kömək etməyib. Paraqvaylılar 19-cu və 47-ci dəqiqələrdə dəqiq zərbələrlə cavab verərək, əzmkar qələbəni bayram ediblər.

Argentina millisi noyabrın 20-də öz meydanında Peru yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button