“Barselona” rəsmisindən portuqaliyalı qapıçı ilə bağlı təkzib

“Barselona”nın idman direktoru Deku klubun transferləri ilə bağlı yayılan çoxsaylı şayiələrdən birini təkzib edib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, portuqaliyalı funksioner, Dioqo Kostanın transferi ilə bağlı danışıqlar aparmadıqlarını bildirib:

“Biz qapıçı Kostanın transferi ilə bağlı danışıqlar aparmırıq. Ona “Portu” ilə titullar qazanmasını arzulayıram”.

Kataloniya klubunun “Portu” və Portuqaliya millisinin qapıçısı Dioqo Kosta ilə maraqlandığı deyilirdi. 25 yaşlı futbolçu hazırda zədəli olan Mark-Andre ter Ştegenin uzunmüddətli əvəzedici variantı hesab olunurdu.

Portuqaliyalı qapıçının transfer dəyəri 45 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button