Azərbaycanlı hakim CEV kubokuna təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev CEV kubokuna təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından Komanda.az-a verilən məlumata görə, Hacıyev qadınlar arasında CEV kubokunun 1/16 final mərhələsində mübarizə aparan Türkiyənin “THY İstanbul” və Monteneqronun “OK Herceg Novi” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Noyabrın 13-də Türkiyədə baş tutacaq matçın digər hakimi çexiyalı Roman Marsçnerdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin