Bekhemin xanımı ailə həyatlarının ən çətin dövrünü yada saldı
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemin həyat yoldaşı, ingiltərəli müğənni Viktoriya Bekhem yığma komandanın 1998-ci il dünya çempionatını tərk etməsindən sonra ailədəki vəziyyəti xatırladıb.
Bekhem Argentina yığması ilə dünya çempionatının 1/8 finalında (2:2, penaltilər 3:4) oyun dayandırıldıqdan sonra ona qarşı kobudluq edən yarımmüdafiəçi Dieqo Simeoneni təpiklə vurduğu üçün meydandan qovulmuşdu. Sonra İngiltərə mətbuatı millinin 1998-ci il dünya çempionatını tərk etməsində Bekhemi günahlandırmışdı.
Komanda.az xarici KiV-ə istinadən xəbər verir ki, Viktoriya Bekhem həmin dövrü belə xatırlayıb:
“Həyatımızın ən çətin dövrü 1998-ci ildə Fransada keçirilən dünya çempionatından sonra oldu: həyat yoldaşımı uduzduğuna görə tənqid edəndə. 22 yaşlı oğlan üçün bu çox çətin idi. Siz bu işə qarışdığınız zaman batdığınızı, yoxsa məyus etdiyinizi bilmirsiz, sadəcə olaraq bütün bunlardan keçməyə davam edirsiz. Amma bizim üçün bir-birimiz var idi, qalanı isə tarixdir”.
Devid Bekhem 1996-2009-cu illərdə İngiltərə millisində çıxış edib. O, millidə 20 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Bekhem futbolçu karyerasını 2013-cü il mayın 16-da başa vurub.
Bizi Facebook-da izləyin