“Bayern” ingilis futbolçuya yeni müqavilə təklif etməyəcək

”Bayern”in müdafiəçisi Erik Dayer cari mövsümün sonunda klubu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi çətin ki, 30 yaşlı ingilis futbolçuya yeni müqavilə təklif etsin.

Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatacaq. Dayer Almaniya Bundesliqasının bu mövsümündə 4 matçda çıxış edib və qol vurmayıb.

“Bayern” Almaniya çempionatının 10 turundan sonra 26 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button