“Sabah”ın sabiq baş məşqçisi ən yaxşı seçildi
Rusiya Premyer Liqasında oktyabrın ən yaxşı məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, “Krasnodar”ın baş məşqçisi Murad Musayev ötən ayın ən yaxşısı ünvanına sahib çıxıb.
“Sabah”ın sabiq çalışdırıcısı mükafat uğrunda Sergey Semak (“Zenit”), Martsel Liçka (“Dinamo”, Moskva), Marko Nikoliç (ÇSKA) və Dmitri Pyatibratovla (“Fakel”) mübarizə aparıb.
Musayev Rusiya Premyer Liqasının ekspertləri və televiziya ekspertləri arasında keçirilən səsvermədə qalib gəlib, azarkeşlərin səsverməsində ikinci yeri tutub.
“Krasnodar” oktyabrda keçirdiyi hər üç oyunda qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin