“Murad Musayevin Azərbaycandakı işi alınmadı”
Rusiyalı məşqçi Rinat Bilyaletdinov “Krasnodar”ın çalışdırıcısı Murad Musayevin “Sabah”dakı fəaliyyətini yada salıb.
Komanda.az xəbər verir ki, Rusiya mətbuatına danışan Bilyaletdinov Musayevlə bağlı bunları deyib:
“Joze Mourinyo illər ərzində müxtəlif komandalarla nəticə əldə etmiş məşqçi nümunəsidir. Bunun nəticəsində sabitlik nümunəsini də görürük. Hətta əvvəllər Aleks Ferqyuson və Arsen Venger də var idi. Murad Musayev isə “Krasnodar”da idi, sonra bu klubu tərk etdi. Azərbaycandakı işi alınmadı. Daha doğrusu, enişli-yoxuşlu oldu”.
Murad Musayev 2021-ci ilin oktyabrından 2024-cü ilin yanvarınadək “Sabah”da çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin