Anri “Arsenal”ı ələ saldı
Tanınmış keçmiş futbolçu Tyeri Anri vaxtilə oynadığı “Arsenal”ı ələ salıb.
Komanda.az xəbər verir ki, bu, “CBS Sports”-un “Golazo” proqramında tamaşaçılar şounun ən yaxşı iştirakçısına səs verərkən baş verib.
Siyahıya Tyeri Anri, Cimi Karrager, Mayk Riçards və aparıcı Keyt daxil olub. Sosial şəbəkələrin birindəki sorğuda aparıcı Keyt, digərində isə Riçards qalib gəlib.
Hər iki halda ikinci yeri tutan Anri buna belə münasibət bildirib:
“Mən “Arsenal” kimiyəm. Hər dəfə ən yaxşı ikinciyəm…”.
“Arsenal” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yerdədir. Komanda 10 turdan sonra 18 xal toplayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin