ÇL: “Bizim heç bir bəhanəmiz yoxdur”

“Real” UEFA Çempionlar Liqasının oyununda doğma meydanda “Milan”a 1:3 hesabı ilə məğlub olub.

Komanda.az AS-a istinadən xəbər verir ki, “kral klubu”nun qapıçısı Andrey Lunin bu nəticə ilə bağlı fikirlərini bölüşüb:

“Son iki məğlubiyyəti izah etmək çətindir. Geri qayıtmaq üçün hər şeyi yaxşı təhlil etməliyik. “Real”da oynadığımızı bilirik. Komanda sadəcə qələbə qazanmalıdır. Bizim heç bir bəhanəmiz yoxdur. Bir araya toplanıb bu dönəmin öhdəsindən gələcəyik”.

Madridlilər bu məğlubiyyətdən sonra Çempionlar Liqasının turnir cədvəlində 17-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button