“Bodo Qlimt” – “Qarabağ” oyununun hakimləri məlum olub

Norveçdə yerli “Bodo Qlimt” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin oyununun təyinatları məlum olub.

Komanda.az xəbər verir ki, oyun Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı FİFA referisi Luis Qodinyo idarə edəcək. Ona Rut Teyşeyra və Pedro Almeyda kömək göstərəcək. Dördüncü hakim funksiyasını Andre Narçiso yerinə yetirəcək. VAR-da Huüqo Migel, AVAR-da Fabio Oliveyra Melo əyləşəcəklər.

UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunun “Bodo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button