“Qarabağ”ın Norveç planı bilindi

“Qarabağ”ın Avropa Liqasının 4-cü turunda Norveçdə “Bodo Qlimt”lə keçirəcəyi oyun üçün səfər planı bəlli olub.

Komanda.az xəbər verir ki, Qurban Qurbanovun komandası oyuna iki gün qalmış – noyabrın 5-də çarter reysi ilə, saat 17:30-da yola düşəcək.

Bir gün sonra saat 20:40-da Ağdam təmsilçisinin baş məşqçisinin iştirakı ilə mətbuat konfransı, 21:00-da isə yekun məşqi keçiriləcək.

“Bodo Qlimt” – “Qarabağ” matçı noyabrın 7-də Budadakı Aspmyura stadionunda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button