Juninyo bombardirlikdən və 5 aylıq qızından danışdı
“Əsas hədəfim yaxşı çıxış edib, komandama fayda verməkdir”.
Bunu Komanda.az-a açıqlamasında “Qarabağ”ın braziliyalı hücumçusu Juninyo Azərbaycan Premyer Liqasının 12-ci turunun “Turan Tovuz”la (0:0) matçından sonra bildirib:
“Çətin oyun oldu. Rəqib yuxarı pillələrdə qərarlaşan komanda idi. Bəzən futbolda belə hallar olur.
Bombardir olmağı qarşıma məqsəd kimi qoymamışam. Əsas hədəfim yaxşı çıxış edib komandama fayda verməkdir.
Beş ay əvvəl qızım dünyaya gəlib. Düşünmürəm ki, onun dünyaya gəlişi matçlardakı çıxışıma hansısa bir formada təsir etsin”.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin