Balotelli bu gün yeni klubunda ilk oyununa çıxa bilər

Mario Balotelli artıq “Cenoa”ya keçib və bu gün yeni klubunda ilk oyununa çıxa bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı hücumçu A Seriyasının 11-ci turu çərçivəsində bu gün keçiriləcək “Parma” ilə oyun üçün heyətə daxil edilib.

“Cenoa”ya italiyalı sabiq futbolçu Alberto Cilardinyo başçılıq edir. O, bir vaxtlar “Parma”da oynayıb.

Cilardinyonun komandası hazırda İtaliya çempionatının turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button