“Azərreyl”i finala buraxmadılar

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qadın voleybolçular arasında təşkil olunan ölkə kubokunda finalçılar bəlli olub.

Komanda.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində keçirilən yarimfinal mərhələsində ilk olaraq “Gəncə” və “Milli Aviasiya Akademiyası” klubları üz-üzə gəliblər.

Gərgin keçən bu oyunda “Gəncə” 3:1 hesabı ilə qələbə qazanıb.
Növbəti qarşılaşma isə “Azərreyl” və “Abşeron” komandaları arasında baş tutub. Bu oyunda 3:1 hesabı ilə qalib gələn “Abşeron” finala yüksəlib.

Noyabrın 4-də keçiriləcək final qarşılaşmasında “Gəncə” və “Abşeron” komandaları üz-üzə gələcək.

“Gəncə” – “Milli Aviasiya Akademiyası” – 3:1 (29:27, 25:21, 19:25, 25:20)

“Azərreyl” – “Abşeron” – 1:3 (27:25, 19:25, 15:25, 13:25)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button