“Real”ın qapıçısı zədəsini sağaldıb
İspaniyanın “Real” (Madrid) klubunun qapıçısı Tibo Kurtua zədəsini sağaldıb.
Komanda.az xəbər verir ki, daha əvvəl Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun “Borussiya” (Dortmund, Almaniya) ilə matçında zədələnən qolkiper komandası ilə birgə məşqlərə qatılıb.
O, İspaniya La Liqasının 12-ci turunda “Valensiya” ilə görüşdə meydana çıxa bilər.
Noyabrın 3-də keçirilməli olan “Valensiya” – “Real” qarşılaşması təbii fəlakət səbəbindən təxirə salınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin