“Mən həm kişi, həm də futbolçu kimi yetkinləşmişəm”

Argentina millisinin və “İnter”in hücumçusu Lautaro Martines 2018-ci ildə İtaliyaya köçdükdən sonra həyatında nələrin dəyişdiyini izah edib.

Komanda.az “Icon Magazine”-yə istinadən xəbər verir ki, argentinalı futbolçu həm kişi, həm də futbolçu kimi yetkinləşdiyini bildirib:

“Mən həm kişi, həm də futbolçu kimi yetkinləşmişəm. İtaliyaya 20 yaşında ikən gəldim, bu altı ildə ailə qurdum və ata oldum. Bu, mənə həm futbolçu kimi böyüməyə, həm də böyük qürurla “İnter”in kapitanı olmağa imkan verdi”.

Martines 2024-cü ildə “İnter”lə İtaliya çempionatında qızıl medallar qazanaraq, A Seriyasında mövsümün bombardiri olub. O, həmçinin Argentina millisinin üzvü kimi Amerika kubokunun qalibi adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button