“Lion” “Qarabağ”la oyuna görə Liqa 1-dəki matçının təxirə salınmasını istəyir

“Lion” UEFA Avropa Liqasında “Qarabağ”a qarşı Bakıda keçirəcəyi oyuna görə Fransa Liqa 1-dəki matçının təxirə salınmasını istəyib.

Komanda.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Klub “Nitsa” ilə oyunun ertələnməsinin tərəfdarıdır. “Lion” rəsmiləri 7 saatlıq uçuşun ardından 4600 km yol qət edəcəklərini əsas gətirərək, çempionatdakı oyunun başqa tarixdə baş tutmasını tələb ediblər.

Fransa Peşəkar Futbol Liqasının isə hələlik bunu rədd etdiyi bildirilib.

UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turuna təsadüf edəcək “Qarabağ” – “Lion” qarşılaşması noyabrın 28-də keçiriləcək. Liqa 1-in 13-cü turunun “Lion” – “Nitsa” matçı isə dekabrın 1-də, saat 20:00-da başlamalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button