“Bəzən bu mükafatlar ədalətsiz olur” – Argentinalı hücumçu
“İnter”in və Argentina millisinin hücumçusu Lautaro Martines 2024-cü ilin “qızıl top” mükafatının nəticələrini dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Düzünü desəm, daha çox şey gözləyirdim. Mən “İnter”də və Argentina millisində oynayıram. Bəzən bu mükafatlar ədalətsiz olur, amma işimdən razıyam. Formaya qayıdıram. Bildiyiniz kimi, mövsümöncəsi hazırlıqlara başlamışam. Uzun bir fasilədən sonra gec məşq etdim. Ancaq mən dincəldim və çox oynadım, buna görə də, yorğun olmaq normaldır. Hamımız əlimizdən gələni etməyə çalışırıq və mövsüm hələ uzundur”.
Martines səsvermədə 7-ci yeri tutub. “Qızıl top” mükafatı “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriyə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin