Neymar millinin oyunlarını buraxacaq

“Əl-Hilal”ın hücumçusu Neymar Braziliya millisinin qarşıdakı oyunlarını buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Neymar milli komandanın məşqçiləri ilə birgə qərar verərək, yığmanın qarşıdakı oyunlarını buraxmaq qərarına gəlib. O, çarpaz diz bağının zədələnməsi səbəbindən bir il oynamasa da, oktyabrın 21-də meydana qayıtmışdı.

Braziliya millisi noyabrda 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək ki, Dorival Juniorun yetirmələrinin rəqibləri Venesuela və Uruqvay komandaları olacaq.

32 yaşlı futbolçu ümumilikdə Braziliya millisində 128 oyun keçirib, 79 qol vurub və 59 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button