“Qızıl top”un əsas favoriti odur – 2025-ci ildə
Oktyabrın 28-də “qızıl top”u “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandes alıb.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, indi ekspertlər növbəti “qızıl top”la bağlı proqnozlarını bölüşməyə başlayıblar.
Birinci yeri müntəzəm qol vuran Robert Levandovski tutub. Polşalı forvard 2020-ci ildə açıq şəkildə “qızıl top”a layiq idi, amma mükafat koronavirus pandemiyası səbəbindən ləğv edildi.
Reytinqdə ikinci yeri “Barselona”nın digər oyunçusu Lamin Yamal tutur.
Üçlüyü “Real”dan Vinisius Junior tamamlayır.
İlk 10-luqda Erlinq Haland, Rafinya Dias, Harri Keyn, Məhəmməd Salah, Kilian Mbappe, Pedri və Bukayo Saka yer alıb.
İdman mərc oyunları dünyasının mütəxəssisləri Vinisius Junioru növbəti “qızıl top”u qazanmaq üçün favorit hesab edirlər.
Bizi Facebook-da izləyin