Azərbaycan millisinin Bosniya və Herseqovina oyunları üçün heyəti açıqlandı

Azərbaycanın futzal millisinin Bosniya və Herseqovinaya qarşı keçirəcəyi yoxlama matçları üçün heyəti bəlli olub.

Komanda.az xəbər verir ki, bu bərədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Millimizin baş məşqçisi Vitali Borisov 14 futzalçını yığmaya dəvət edib: 

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire”)

Oyunçular: Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov, Emil Həsənzadə (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov (hamısı “Baku Fire”), Seymur Məmmədov, Eldar Zeynalov, Mirzə Əmirov (hamısı “Neftçi” İK), İlham Alıyev (U-19)

Yığma noyabrın 3-dən 6-dək sözügedən ölkədə təlim-məşq toplanışında olacaq. Yoxlama matçları noyabrın 4-də və 5-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button