Azərbaycan yığması mübarizəni dayandırdı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının birinci pley-off mərhələsində cavab oyununu keçirib.

Komanda.az xəbər verir ki, millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib.

Vizelada baş tutan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Peritan Bozdağ 71-ci dəqiqədə qırmızı vərəqə alıb. Komandalar arasında Bakıda təşkil olunmuş ilk görüşdə Portuqaliya seçməsi 4:1 hesablı qələbə qazanmışdı.

Beləliklə, millimiz Avropa çempionatının pley-off mərhələsində mübarizəni dayandırıb. Portuqaliya yığması isə növbəti raundda Çexiya seçməsinə rəqib olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button