“Milyonlarla dəfə yıxılacağıq, amma…” – “Real”ın futbolçusu

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde Madrid klubunun “Barselona”ya ağır məğlubiyyətindən sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu sosial şəbəkə hesabında bu barədə paylaşım edib:

“Milyonlarla dəfə yıxılacağıq, amma biz “Real” olduğumuz üçün həmişə yenidən ayağa qalxacağıq. Bu bizim tariximizə yazılıb”.

“Real” İspaniya çempionatının 11-ci turunda evdə “Barselona”ya 0:4 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button