“Olimpiakos”da ciddi itki – Türkiyəli futbolçu “Qarabağ”a qarşı oynamayacaq
UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos”un yeni transferi sıradan çıxıb.
Komanda.az xəbər verir ki, Yunanıstan çempionatının 9-cu turunun “Asteras”la görüşündə meydana sonradan daxil olan Yusuf Yazıcı zədələnib.
Türkiyə millisinin üzvünün sol ön çarpaz bağlarının qopduğu bildirilir. Onun mövsümü indidən başa vurduğu açıqlanıb.
Bununla da, Yazıcının Avropa Liqasında “Olimpiakos” – “Qarabağ” matçında meydana çıxmayacağı dəqiqləşib.
Pireydə keçiriləcək oyun 2025-ci il yanvarın 30-da baş tutacaq.
27 yaşlı futbolçu “Trabzonspor”, “Lill”, ÇSKA (Moskva) klublarında oynadıqdan sonra bu yay “Olimpiakos”la anlaşıb. O, 2027-ci il iyunun 30-na qədər Yunanıstan klubuna məxsusdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin